Bakı. Nərgiz İsmayılova - Trend:
“Abşeron” yatağının işlənməsi layihəsi çərçivəsində dayaq blokları hazırdır.
Trend-in məlumatına görə, bunu “Bos Shelf” şirkətinin kommersiya meneceri Orxan Hüseynov Bakı Dərin Özüllər Zavodunda media-tur zamanı deyib.
Onun sözlərinə görə, “Abşeron” layihəsinin 2021-ci ildə başa çatması gözlənilir:
“Dörd dayaq bloku artıq başa çatıb və yüklənməyə hazırdır”.
O.Hüseynov bildirib ki, yaxın bir neçə ay ərzində bloklar quraşdırılması üçün yola salınacaq.