...

Astaranın 14 kəndinin enerji təchizatı yaxşılaşdırılıb (FOTO/VİDEO)

Energetika Materials 4 Sentyabr 2020 13:44 (UTC +04:00)
Astaranın 14 kəndinin enerji təchizatı yaxşılaşdırılıb (FOTO/VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Astara Elektrik Şəbəkəsinin ərazisində ümumi uzunluğu 13 km olan 10 kV–luq xəttin çəkilişi həyata keçirilib

“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, bu isə ümumilikdə 14 kənddə 5 minədək sakinin elektrik enerji təchizatının yaxşılaşdırılması deməkdir:

"Təchizatın yaxşılaşdırılması bu istiqamətdə böyük həcmdə itkilərin də qarşısını almış olacaq. Hər il müşahidə edilən sel, güclü qar və külək 50 ildən çoxdur ki, istismar olunan 10 kV-luq bu xətdə tez-tez qəzaların baş verməsinə səbəb olrdu. Məhz təbiət hadisələri səbəbindən dayaqlar dəfələrlə yıxılıb və onların yerinə müvəqqəti dayaqlar basdırılıb. Həmçinin qabaritlər pozulub, naqil keyfiyyətini itirib, nəticədə əhali və digər abonentlər saatlarla işıqsız qalıb. Bundan sonra Astaranın ən ucqar 14 dağ kəndi daha kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Enerji təchizatı yaxşılaşdırılan kəndlər bunlardır: Hamoşam kənd İcra Nümayəndəliyinin Klımbi, Hajuvi, Hamuşam, Qədəband, Toradi, Kavüəkər, Rıqulbə kəndləri, Əsxənəkəran kənd İcra Nümayəndəliyinin Əsxənəkəran, Əzərüd, Rüədılə, Şexonpeştə, Motlayataq, Overud, Vıləpərqu kəndləri".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti