...

TAP layihə gücündən kənara çıxa bilərmi? - İcraçı direktor şərtləri açıqladı

Energetika Materials 26 Yanvar 2021 14:35 (UTC +04:00)
TAP layihə gücündən kənara çıxa bilərmi? - İcraçı direktor şərtləri açıqladı

Bakı. Ləman Zeynalova, Orxan Nəbiyev - Trend:

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu ümumi layihə gücünün ildə 20 milyard kubmetrdən çox artırılmasına uzunmüddətli tələbat yaranacağı təqdirdə onun iqtisadi və texniki reallaşdırılmasını nəzərdən keçirə bilər.

Bunu Trend-ə TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

O bildirib ki, boru kəmərinin buraxılış gücünün ildə 20 milyard kubmetrədək artırılması zərurəti bazar sınaqlarının yekunlarına əsasən müəyyənləşir:

"TAP illik 20 milyard kubmetr buraxılış gücü nəzərə alınaraq layihələndirilib. Tikintidən əvvəl TAP üçün yaradılmış kommersiya və normativ-hüquqi baza ilkin mərhələdə ildə 10 milyard kubmetr buraxılış gücünə, sonrakı mərhələlərdə əlavə kompressorların quraşdırılması hesabına potensial olaraq 20 milyard kubmetrədək artırılmasına əsaslanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti