...

Azad olunmuş ərazilərdə “ağıllı şəhər”lərin yaradılmasında Yaponiya təcrübəsi öyrənilir

Energetika Materials 1 Fevral 2021 10:22 (UTC +04:00)

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilər üçün yaşıl enerji konsepsiyasının hazırlanması ilə bağlı fikir mübadiləsi məqsədi ilə Yaponiyanın “TEPSCO” şirkətinin nümayəndələri ilə videokonfrans formatında görüş keçirilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə yaşıl enerji zonalarının və “ağıllı şəhər”lərin yaradılmasında Yaponiya təcrübəsi haqqında müzakirələr aparılıb.

Şirkət tərəfindən Yaponiyanın Fukisava, Mutsuzava, Soraşima və bir sıra digər şəhərlərinin nümunəsində rəqəmsallaşma, dekarbonizasiya və desentralizasiyaya əsaslanan, fövqəladə hallarda elektrik enerjisi təchizatının davam etdirilməsi üçün ötürücü və paylayıcı şəbəkələrin optimallaşdırılması, enerjidən səmərəli istifadə edilməsi məqsədi ilə bərpa olunan enerji mənbələrindən və elektromobillərdən istifadənin genişləndirilməsini özündə ehtiva edən “ağıllı şəhər” təcrübəsinə dair təqdimatlar nümayiş etdirilib.

Daha sonra müvafiq sahədə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, məlumat və təcrübə mübadiləsi tədbirlərinin bundan sonra da davam etdirilməsinə qərar verilib.

Videokonfransda energetika nazirinin müavini Elnur Soltanov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada, həmçinin “TEPSCO” şirkətinin rəhbərliyi iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti