...

Cənubi Qaz Dəhlizi tədarük etibarlılığını artıracaq və mənbələrin şaxələndirilməsini təmin edəcək - Niderlandlı ekspert

Energetika Materials 11 Fevral 2021 21:42 (UTC +04:00)
Cənubi Qaz Dəhlizi tədarük etibarlılığını artıracaq və mənbələrin şaxələndirilməsini təmin edəcək - Niderlandlı ekspert

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

Cənub Qaz Dəhlizinin əsas müsbət effekti tədarükün etibarlılığının artırılması və mənbələrin şaxələndirilməsidir.

Bunu Trend-ə niderlandlı ekspert Siril Viddershoven deyib.

O bildirib ki, bu layihənin reallaşdırılması ilə Avropa İttifaqı (Aİ) daxilindəki ümumi enerji təhlükəsizliyi yüksəlir: "Əsas məqsəd hələlik əhatə olunmayan bazarlara, xüsusilə də Cənub-Şərqi Avropaya əlavə qaz həcmlərinin tədarükünün təmin olunmasıdır".

Ekspert qeyd edib ki, Aİ daxilində başlayan "Yaşıl kurs" müzakirələrinə baxmayaraq, Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri mövcuddur: "Brüssel qarşıya CO2 tullantılarının sıfıra endirilməsi məqsədini qoysa da üzv ölkələr enerji dəyişikliyinin müxtəlif mərhələlərindədir. Bundan başqa, Avropada bərpa olunan enerji mənbələri və enerji sistemləri ilə bağlı mövcud problemlərlə əlaqədar ölkələr bundan sonra da iri təbii qaz ehtiyatlarına ehtiyac duyacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti