...

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan interkonnektorun tikintisi aktiv mərhələdədir

Energetika Materials 12 Fevral 2021 11:55 (UTC +04:00)
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan interkonnektorun tikintisi aktiv mərhələdədir

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikinti prosesi aktiv mərhələdədir, COVID-19 pandemiyasına baxmayaraq işlər davam etdirilir.

Trend bu barədə ICGB layihə şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, layihəni başa çatdırmaq üçün bütün maraqlı tərəflər prosesi optimallaşdırmağa çalışır:

"Hazırda layihə üçün boruların hazırlanması və tədarükü üzrə müqavilənin reallaşdırılması tam başa çatıb. Marşrutun 160 kilometri təmizlənib, qaynaq işləri davam edir, yaxın günlərdə 100 kilometr qaynaq boru kəməri quraşdırılacaq. İnterkonnektorun layihələndirilməsinə və tikintisinə cavab verən Yunanıstanın "Avax" şirkəti tikintini 2021-ci ilin sonunda başa çatdırmağı planlaşdırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti