...

Türkmənistan Parlamenti "Dostluq" yatağı üzrə Azərbaycanla Memorandumu təsdiqləyib

Energetika Materials 14 Mart 2021 11:37 (UTC +04:00)
Türkmənistan Parlamenti "Dostluq" yatağı üzrə Azərbaycanla Memorandumu təsdiqləyib

Bakı. Trend:

Türkmənistan Məclisi "Türkmənistan Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağındakı karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi barədə Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında" qərar qəbul edib.

Bu barədə Trend "Türkmənportal" saytına istinadən xəbət verir.

Mütəxəssislərin hesablamalarına əsasən ehtiyatlarının 50 milyon ton neft olduğu təxmin edilən "Dostluq" yatağı uzun illər mübahisəli sayılıb. Daha əvvəl Türkmənistan tərəfdən yataq "Sərdar", Azərbaycan tərəfdən isə "Kəpəz" adlanırılırdı.

Xatırladaq ki, cari il yanvarın 21-də Türkmənistan və Azərbaycan Xarici İşlər nazirləri Aşqabadda bu karbohidrogen yatağının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsinə dair Anlaşma Memorandumu imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti