...

Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir

Energetika Materials 17 Aprel 2021 14:31 (UTC +04:00)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazı 2021-ci ilin birinci rübündə Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biri olub.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, 2020-ci ilin birinci yarısında Avrasiyada qaz hasilatının kəskin azalmasından sonra ilin ikinci yarısında da azalma davam edib:

"Artım yalnız 2021-ci ilin birinci rübündə, əsasən Azərbaycan və Rusiyada qaz hasilatının artması hesabına bərpa olunub".

Agentliyin məlumatına görə, 2020-ci ilin oktyabrından 2021-ci ilin fevralınadək Azərbaycanda qaz hasilatı əvvəlki illə müqayisədə 5 faiz artıb:

"Bu, böyük dərəcədə TANAP və TAP boru kəmərləri sistemi ilə ixracın artması ilə əlaqəli olub. TAP vasitəsilə Avropaya qaz ixracı bir milyard kubmetri ötüb".

Hesabatda bildirilir ki, Azərbaycanda 2020-ci ildə qaz hasilatı il ərzində 6 faizdən çox artaraq 26 milyard kubmetrə çatıb:

"Bu, əsasən TANAP boru kəməri ilə ixracın sürətlə artması ilə əlaqədar olub. Azərbaycan qazının Türkiyəyə ixracı illik müqayisədə əhəmiyyətli dərəcədə, 21 faiz və ya 2 milyard kubmetr artıb. Buna "Şahdəniz" yatağında hasilatın artması kömək edib".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti