...

Bu il Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi 76 milyon barelə çatır

Energetika Materials 16 May 2021 15:53 (UTC +04:00)
Bu il Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi 76 milyon barelə çatır

Bakı. Ləman Zeynalova - Trend:

Türkiyənin "BOTAŞ International Limited" (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,646 milyard barel neft nəql edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bugünədək terminaldan "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından neft daşıyan 4 764 tanker yola salınıb.

2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 105 AÇG nefti daşıyan tanker və ya 75,9 milyon barel neft yola salınıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti