...

Azərbaycan Türkiyəyə 400 milyon kubmetrdən çox qaz ixrac edib

Energetika Materials 2 Avqust 2021 19:57 (UTC +04:00)
Azərbaycan Türkiyəyə 400 milyon kubmetrdən çox qaz ixrac edib

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin mayında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 51,6 faiz azalıb.

Trend bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 1,862 milyard, İrandan 860,7 milyon, Azərbaycandan isə 426 milyon kubmetr təşkil edib.

May ayında da Rusiyadan Türkiyəyə qaz ixracı 448 faiz, İrandan isə 100 faiz artıb.

2021-ci ilin mayında Türkiyə 3,15 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 449,4 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti