Bakı. Ləman Zeynalova - Trend:
2020-ci ildə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2019-cu illə müqayisədə 14,8 faiz artaraq 2,2 trilyon standart kubmetrə çatıb.
Trend bu barədə OPEC-in illik statistik bülleteninə istinadən məlumat verir.
Qeyd olunur ki, Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları 2016-cı ildə 1,277 trilyon kubmetr, 2017-ci ildə 1,27 trilyon kubmetr, 2018-ci ildə 1,435 trilyon kubmetr, 2019-cu ildə isə 1,9 trilyon kubmetr təşkil edib.
Hesabata əsasən, ölkədə əmtəə qazının hasilatı 2020-ci ildə əvvəlki illə müqayisədə 7,7 faiz artaraq 22,408 milyard standart kubmetrə çatıb.
Bu göstərici 2016-cı ildə 17,5 milyard kubmetr, 2017-ci ildə 16,9 milyard kubmetr, 2018-ci ildə 17,8 milyard kubmetr, 2019-cu ildə isə 20,811 milyard kubmetr təşkil edib.
Eyni zamanda, 2020-ci il Azərbaycanın qaz ixracı 12,4 faiz azalaraq 9,9 milyard standart kubmetr olub.
Azərbaycanın qaz ixracı 2016-cı ildə 7,62 milyard kubmetr, 2017-ci ildə 8,03 milyard kubmetr, 2018-ci ildə 9,19 milyard kubmetr, 2019-cu ildə isə 11,3 milyard kubmetrə bərabər olub.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)