...

Azərbaycan nəhəg neft-qaz ehtiyatları və bərpaolunan enerji potensialına malik ölkədir - Rauf Əliyev

Energetika Materials 8 Fevral 2022 13:29 (UTC +04:00)
Azərbaycan nəhəg neft-qaz ehtiyatları və bərpaolunan enerji potensialına malik ölkədir - Rauf Əliyev

Bakı. Trend:

4 fevral 2022-ci il tarixdə Bakı şəhərində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev toplantıda iştirak edib.

XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən- “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı hər dəfə Azərbaycanda keçirilir. Bu ölkəmizin bu layihədə aparıcı rolunu təsdiqləyən amillərdən biridir. Cənab Prezident İlham Əliyev toplantıda şıxış etmiş və çıxışı zamanı bir şox mühüm məsələləri, o cümlədən Azərbaycanın nəhəng neft-qaz və bərpa olunan enerji potensialına malik bir ölkə oduğunu qeyd etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir. Ən böyük yataq “Şahdəniz” dir ki, burda qaz həcmi 1,5 trilyon kubmetr təşkil edir. “Abşeron”, “Babək”, “Ümid” və “Azəri-Çıraq” yataqları da böyük həcmdə qaz ehtiyatlarına malikdir.Yeni yataqların kəşvi sahəsində yeni texnologiyaların sürətlə inkişafı gələcəkdə bu ehtiyatlarların daha çox olmasına şərait yaradır. Mövcud qaz ehtiyatları qaz ixracının ildən-ilə artırılmasına imkan yaradır. 2020-ci ilin sonundan etibarən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarına qaz ixracını artırıb. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib.

Cənab Prezident öz çıxışında qeyd etmişdir ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanda son illərdə elektrik enerjisi ifrastrukturuna böyük həcmdə investisiya yatırilmışdır. 2021-ci iln yanvar ayında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənməyi layihəsinin -240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keşirilmişdir. Halzırda Azərbaycan dörd qonşu ölkəyə- Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Gələcəkdə bu ölkələrin sayı arta bilər. Azərbaycanın Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə işğaldan azad olunmuş ərazilərdə- Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Bu reqionda Külək enerjisinin potensialı təxminən7200 meqavat, Günəş enerjisində potensial 2000 meqavatdan çoxdur. Azərbaycanda “yaşıl enerji” nin inkişafına dair strategiyanın bir istiqaməti də Xəzər dənizi ilə əlaqədardır. İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur.

Bütün bu qeyd olunanlar göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu enerji strategiyası nəticəsində Azərbaycan nəhəng neft-qaz ehtiyatları və bərpaolunan energi potensialına malik bir ölkə sayılır və bu potensial Azərbaycanın daha sürətlə inkişaf etməsinə, qarşıda duran bütün vəzifələrin uğurla həyata keçirilməsinə şərait yaradacaqdır.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti