Bakı. Trend:
Avropa və Şimali Amerikanı birləşdirən iri rəqəmsal infrastruktur olan "EXA Infrastructure" Trans-Adriatik qaz kəməri (TAP) konsorsiumu ilə yeni fiber-optik marşrutun tikintisi üzrə birgə müəssisənin yaradılması ilə bağlı əməkdaşlıq memorandumu imzalayıb.
Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.
Qeyd olunur ki, birgə müəssisə artıq TAP-ın 878 kilometrlik marşrutu boyunca quraşdırılmış fiber-optik kabeldən istifadə edərək Cənub-Şərqi və Qərbi Avropa arasında yeganə birbaşa əlaqəni yaradacaq.
Yeni sistemin 2023-cü ilin birinci rübündə istismara verilməsi planlaşdırılır.
Yeni fiber-optik marşrut sayəsində EXA-ya məxsus şəbəkə infrastrukturunda Marseldən İstanbuladək birbaşa əlaqə qurulacaq.
(Tərcümə: Orxan Nəbiyev)