...

Aİ ilə Azərbaycan arasında enerji əməkdaşlığı genişlənmə potensialına malikdir - Səfir

Energetika Materials 4 May 2022 16:39 (UTC +04:00)
Aİ ilə Azərbaycan arasında enerji əməkdaşlığı genişlənmə potensialına malikdir - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji əməkdaşlığı genişlənmə potensialına malikdir.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr olunmuş mətbuat konfransında deyib.

"Enerji sektoru uğurla inkişaf edən ticarət münasibətləri ilə yanaşı, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın vacib sahələrindən biridir", - deyə o bildirib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" Aİ ilə Azərbaycan arasında ən böyük layihələrdən biri, bu sektorda uğurla inkişaf etməkdə olan tərəfdaşlığın nümunəsidir.

"Aİ ilə Azərbaycan arasında enerji əməkdaşlığı həm də bərpa olunan enerji mənbələri sektoruna da aiddir. "Yaşıl" enerji həm Aİ, həm də Azərbaycan üçün vacib sahələrdəndir", - P.Mixalko deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti