Bakı. Trend:
2022-ci ilin birinci rübündə "Şahdəniz" yatağı üzrə fəaliyyətlərə təxminən 759 milyon dollar əməliyyat xərcləri və təxminən 88 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aid olub.
Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.
2021-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 688 milyon və 181 milyon dollar təşkil etmişdi. Beləliklə, il ərzində əməliyat xərcləri 1,1 faiz, əsaslı xərclər isə 51,4 faiz azalıb.
Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
Qeyd edək ki, "Şahdəniz" layihəsində iştirak payları aşağıdakı kimidir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi (6,67%)