...

Aİ Azərbaycanla Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı fəallaşdırmaq niyyətindədir

Energetika Materials 19 May 2022 11:36 (UTC +04:00)
Aİ Azərbaycanla Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı fəallaşdırmaq niyyətindədir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığı, xüsusilə, Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı fəallaşdırmağı hədəfləyir.

Trend bu barədə Avropa Komissiyasının təqdim etdiyi "REPowerEU" planına istinadən məlumat verir.

Ukraynadakı müharibənin səbəb olduğu dünya enerji bazarındakı fasilələr və çətinliklərə cavab olaraq Avropa Komissiyası enerji qənaəti, ekoloji təmiz elektrik enerjisi istehsalı və enerji ehtiyatları tədarükünün şaxələndirilməsinə yönəlmiş "REPowerEU" planını təqdim edib.

"Biz uzunmüddətli və qarşılıqlı səmərəli tərəfdaşlıq münasibətləri qurmaq, bərpa olunan enerji mənbələrini inkişaf etdirmək, bütün dünyada enerji səmərəliliyini artırmaq, eləcə də ekoloji təmiz texnologiyalar və innovasiyalar sahəsində əməkdaşlıq etmək arzusundayıq. Aİ-nin yeni enerji platforması tələbin ümumiləşdirilməsi, infrastrukturun istifadəsinin əlaqələndirilməsi, beynəlxalq tərəfdaşlarla danışıqların aparılması, qaz və hidrogenin birgə satın alınmasına hazırlıqlarda aparıcı rol oynayacaq", - Avropa Komissiyası bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti