...

Azərbaycan Moldovaya enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından əsas tərəfdaşdır - Baş nazir müavini

Energetika Materials 2 İyun 2022 11:24 (UTC +04:00)
Azərbaycan Moldovaya enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından əsas tərəfdaşdır - Baş nazir müavini
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Moldovaya enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından əsas tərəfdaşdır.

Trend-in məlumatına görə, bunu Moldova baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

Onun sözlərinə görə, son 6 ay ərzində Moldovada qaz qiymətləri 5 dəfə artıb. Bazarın çökməsi özünün enerji ehtiyatları olmayan Serbiya və Moldova kimi ölkələrə daha çox təsir göstərib.

Moldovalı nazir bildirib ki, Azərbaycanın həm ənənəvi enerji ehtiyatları, həm də alternativ enerji üzrə potensialı çox yüksəkdir.

"Həmrəylik mexanizminin yaradılması lazımdır. Etibarlı tədarük mexanizmi hazırlanmasa, biz hədəflərimizə nail ola bilməyəcəyik", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti