...

Serbiya Azərbaycanla qaz tədarükünü müzakirə edir - Zorana Mixayloviç

Energetika Materials 2 İyun 2022 11:20 (UTC +04:00)
Serbiya Azərbaycanla qaz tədarükünü müzakirə edir - Zorana Mixayloviç
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya Azərbaycanla interkonnektor vasitəsilə qaz tədarükü məsələsini müzakirə edir.

Trend-in məlumatına görə, bunu Serbiya baş nazirinin müavini, dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviç Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

"Biz energetika naziri Pərviz Şahbazovla Azərbaycan qazının interkonnektor vasitəsilə tədarükü məsələsini müzakirə etdik", - deyə o bildirib.

Onun sözlərinə görə, Serbiya Rusiyadan enerji ehtiyatları tədarükündən 100 faiz asılıdır, ona görə də tədarükün şaxələndirilməsi çox vacibdir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti