Bakı. Trend:
"Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 6,59 faiz ucuzlaşaraq bir barelə üçün 111,92 dollara çatıb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.
"WTI" markalı neftin qiyməti 7,49 faiz ucuzlaşaraq bir barel üçün 106,62 dollar olub.
"Brent" markalı neftin qiyməti sonuncu dəfə mayın 26-da bir barel üçün 112 dollardan aşağı düşüb.