Bakı. Trend:
Azərbaycanla Rumıniya arasında "yaşıl" enerji istehsalında dəhlizin yaradılması ilə bağlı görüş keçirilib.
Trend-in məlumatına görə, bunu Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyanın iclasında Rumıniyanın enerji nazirinin müavini Corc-Serqiu Nikulesku deyib.
O qeyd edib ki, bununla bağlı Azərbaycanla Rumıniya arasında anlaşma memorandumunun imzalanmasına hazırlıq gedir. “Biz bununla bağlı anlaşma memorandumu imzalamağa hazırlaşırıq ki, işləri daha da sürətləndirək”, - deyə o bildirib.