...

Aİ və Azərbaycan "yaşıl" hidrogen ticarəti perspektivlərini müzakirə edəcək

Energetika Materials 18 İyul 2022 20:21 (UTC +04:00)
Aİ və Azərbaycan "yaşıl" hidrogen ticarəti perspektivlərini müzakirə edəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Aİ və Azərbaycan "yaşıl" hidrogen və digər bərpa olunan qazların generasiya güclərinin, nəqliyyatının və ticarətinin inkişaf etdirilməsi perspektivlərini müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bu barədə "Avropa Komissiyasının təmsil etdiyi Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sektorunda strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu"nun mətnində deyilir.

Tərəflər karbonsuzlaşdırılməsı çətin olan sənaye proseslərində, enerji istehsalı kimi iqtisadi sektorlarda istixana qazı emissiyalarını azaltmaq üçün davamlı həll yolu kimi bərpa olunan hidrogen və digər bərpa olunan qazlardan istifadənin vacibliyi barədə razılığa gəlirlər. Onlar həmçinin investisiyaların artırılması və bərpa olunan hidrogen və digər bərpa olunan qazların istifadəsi üçün şərait yaradılmasının vacibliyini vurğulayırlar.

Tərəflər bərpa olunan hidrogen və digər bərpa olunan qazların generasiya güclərinin inkişafı perspektivlərinin, nəqliyyatın və ticarətin, habelə bərpa olunan hidrogenin və onun törəmələrinin sənaye proseslərində və enerjinin saxlanmasında istifadəsi perspektivlərinin müzakirəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti