...

Aİ ölkələri qaz istehlakını 15 faiz azaltmaqla bağlı razılığa gəliblər

Energetika Materials 26 İyul 2022 08:55 (UTC +04:00)
Aİ ölkələri qaz istehlakını 15 faiz azaltmaqla bağlı razılığa gəliblər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri qaz istehlakını 15 faiz azaldılması barədə fövqəladə plan üzrə razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə diplomatlara istinadən "DPA" agentliyi məlumat yayıb.

Məlumata əsasən, yeni plan çərşənbə axşamı Brüsseldə Aİ-nin enerji nazirlərinin xüsusi iclasında təsdiqlənəcək.

Diplomatlar DPA-ya təsdiqləyiblər ki, Avropa Komissiyasının (AK) təklif etdiyi plana əsasən, ölkələr 1 avqust 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında qaz istehlakını könüllü olaraq 15% azaltmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti