...

Moldova qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır - Maya Sandu

Energetika Materials 15 Sentyabr 2022 11:36 (UTC +04:00)
Moldova qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır - Maya Sandu
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Moldova qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu ölkə prezidenti Maya Sandu deyib.

"Alternativ qaz mənbələri tapmaq çətin deyil. Qəbulolunan qiymətə qaz tapmaq çətindir. Hökumət Rumıniya və Azərbaycanla danışıqlar aparır. Texniki baxımdan bu, mümkündür. Bu qaz Moldovanın bütün rayonlarına çata bilər. Yenə də bu, qiymətdən asılıdır", - Moldova prezidenti deyib.

Qeyd edək ki, bir müddət əvvəl Moldova baş nazirinin müavini Andrey Spınu bildirmişdi ki, Moldovanın 35 milyon kubmetr qaz ehtiyatı var və bu maksimum 10 günə kifayətdir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti