Bakı. Trend:
Biz Xəzərin Azərbaycan sektorunda böyük külək enerjisi potensialı aşkar etmişik.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Rumıniyada Beynəlxalq Qaz Konfransında deyib.
"Burada külək enerjisi potensialı 157 giqavatdır ki, bunun da 35 giqavatı dayaz sulardadır. Bu, çox sərfəli layihədir və biz artıq danışıqlara, eləcə də müxtəlif enerji şirkətləri ilə bəzi layihələrə başlamışıq. Bu gün biz Rumıniya, Gürcüstan, Macarıstanla Avropa bazarına daşınma yollarını müzakirə edirik. Bu, bizim Avropanın enerji təhlükəsizliyinə uzunmüddətli töhfəmiz olacaq", - nazir bildirib.
Twitter: @Lyaman_Zeyn