...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 3 Dekabr 2022 09:31 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 2-də 88,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,95 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,21 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 86,95 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,13 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti