Bakı. Trend:
Londonun "ICE" birjasında "Brent" markalı neftin 2023-cü ilin fevral fyuçerslərinin qiyməti 27 dekabr 2021-ci ildən bəri ilk dəfə bir barel üçün 77 dollardan aşağı düşüb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından bildirilib.
Saat 23:21 üçün (GMT+4) üçün olan məlumata əsasən, "Brent" markalı neftin qiyməti 3,53 faiz azalaraq 76,94 dollar/barel olub.
Saat 23:54-də (GMT+4) "Brent" markalı neft bir barel üçün 77,53 dollara satılır (2,29 faiz aşağı). Eyni zamanda, "WTI" markalı neftin 2023-cü ilin yanvar ayı üçün fyuçersləri 2,49 faiz azalaraq bir barel üçün 72,4 dollar təşkil edib.