Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 29-da 87,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,25 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 44,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,25 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 80,69 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel azdır.