...

Fitch Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında

Energetika Materials 12 Yanvar 2023 17:35 (UTC +04:00)
Fitch Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü 20 milyard kubmetrə çatdıracaq. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz tədarükünü 11 milyard kubmetrdən 20 milyard kubmetrə çatdıracaq.

Trend-in cümə axşamı "Fitch Solutions" beynəlxalq agentliyinə istinadən verdiyi məlumata görə, mənbənin sözlərinə əsasən, 2029-cu ilədək Azərbaycandan Qara dənizin dibi ilə “yaşıl” enerjinin Avropaya tədarükünün başlanması gözlənilir.

"Sualtı kabelin tikintisinə bu il başlanacaq və ilk enerji nəqli 2029-cu ilə qədər gözlənilir. Azərbaycan Avropaya nəinki qaz, həm də "təmiz" enerji ixracını tədricən artırır ki, bu da həm qarşılıqlı fəaliyyətə müsbət təsir göstərəcək”, - agentliyin açıqlamasında deyilir.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Avropaya ən azı 11,6 milyard kubmetr təbii qaz ixrac etməyi planlaşdırır. Ümumi qaz ixracı isə təxminən 24 milyard kubmetr təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti