...

Azərbaycan yeni qaz tədarükü müqavilələrinin imzalanması məsələlərinə baxır - Pərviz Şahbazov

Energetika Materials 3 Fevral 2023 18:31 (UTC +04:00)
Azərbaycan yeni qaz tədarükü müqavilələrinin imzalanması məsələlərinə baxır - Pərviz Şahbazov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yeni qaz tədarükü müqavilələrinin imzalanması məsələlərinə baxır.

Trend xəbər verir ki, bunu cümə günü Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Şahbazov bildirib ki, Azərbaycanın Avropanın təbii qaza olan tələbatını ödəmək üçün kifayət qədər resursları var.

"Azərbaycan yeni qaz tədarükü müqavilələrinin imzalanması məsələlərinə baxır və bu prosesə qismən start vermişik. Hətta müvafiq memorandumlar da imzalamışıq. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri zamanı qaz tədarükü ilə bağlı razılığa gəldik və bu işlər uğurla davam etdirilir", - nazir deyib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Azərbaycan qazının Avropaya nəqlinə 2020-ci il dekabrın 31-dən başlayıb. Xəzər dənizi regionundan qazı Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql edir.

Bu irimiqyaslı layihə enerji təchizatının marşrutlarını və mənbələrini şaxələndirmək, bununla da Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə töhfə vermək məqsədi daşıyır. Layihənin dəyəri 33 milyard dollar, proqnoz isə 45 milyard dollar idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti