...

bp bu il Azərbaycandakı yataqlarda texniki xidmətı işləri görməyi planlaşdırmır - regional prezident

Energetika Materials 17 Fevral 2023 13:17 (UTC +04:00)
bp bu il Azərbaycandakı yataqlarda texniki xidmətı işləri görməyi planlaşdırmır - regional prezident
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

bp bu il Azərbaycandakı yataqlarda texniki xidmət məqsədilə platformaların işini dayandırmağı planlaşdırmır.

Trend-in məlumatına görə, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qəri Cons bp-nin gələcək planlarına həsr edilmiş brifinqdə deyib.

Onun sözlərinə görə, 2022-ci ildə aparılan təmir işləri və terminalların texniki xidməti uğurla tamamlanıb.

"Bu il işlərin dayandırılmasına ehtiyac görmürük" - Q.Cons əlavə edib.

Qeyd edək ki, bp şirkəti Azərbaycanda böyük neft-qaz layihələrinin iştirakçısıdır. Şirkət xüsusən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokunun və "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihələrinin operatorudur.

Britaniya şirkəti həm də Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) boru kəməri layihələrinin iştirakçısıdır, o cümlədən D230 və "Şəfəq-Asiman" kimi perspektiv strukturlarda da fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti