...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 22 Mart 2023 10:44 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 21-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,96 dollar bahalaşaraq 76,71 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,63 dollar bahalaşaraq 74,21 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,94 dollar bahalaşaraq 40,21 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 21-də 2,07 dollar bahalaşaraq 73,78 dollar olub.

Xəbər lenti

Xəbər lenti