...

Sofiyada dörd Avropa ölkəsi ilə Azərbaycan arasında qaz tədarükünə dair Anlaşma Memorandumu imzalanıb

Energetika Materials 25 Aprel 2023 13:14 (UTC +04:00)
Sofiyada dörd Avropa ölkəsi ilə Azərbaycan arasında qaz tədarükünə dair Anlaşma Memorandumu imzalanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Sofiya. Trend:

Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), "FRGZ" (Macarıstan), "EURSTREAM" (Slovakiya) şirkətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

Trend-in müxbiri xəbər verir ki, sənəd Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rozen Xristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman tərəfindən imzalanıb.

Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir.

Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın "Həmrəylik halqası" adlandırılan modernizasiya olunmuş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, sənədin imzalanması Bolqarıstan tərəfindən təklif olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti