...

BTC ilə neft nəqlinin həcmi artıb

Energetika Materials 28 Aprel 2023 19:36 (UTC +04:00)
BTC ilə neft nəqlinin həcmi artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyəyə neft nəqli 2023-cü ilin yanvar-mart ayları ərzində 2022-ci ilin analoji dövründəki 50,778 milyon barel ilə müqayisədə 54,81 milyon barel olub.

Trend bu barədə Türkiyənin "BOTAŞ" şirkətinə istinadən xəbər verir.

Beləliklə, BTC ilə Türkiyəyə tədarük olunan neft illik hesablamada 7,94 faiz və ya 4,032 milyon barel artıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il mayın 18-də boru kəmərinə neft yüklənib.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53 faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5 faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).

Bakı-Tbilisi-Ceyhan boru xətti ilə neft 2006-cı ildə kommersiya məqsədi ilə neft nəqli başladıqdan sonra 2022-ci ilin sonunadək 4 milyard bareldən artıq neft nəql olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti