Bakı. Trend:
Qazaxıstan 2024-cü ildə neft hasilatının səviyyəsini sutkada 1,628 milyon barelə çatdıracaq.
Trend xəbər verir ki, həm OPEC, həm də qeyri-OPEC ölkələri üçün ümumi xam neft hasilatının səviyyəsi bu gün keçirilən nazirlərin 35-ci görüşündən sonra blok tərəfindən razılaşdırıldığı kimi 2024-cü ildə gündəlik 40,46 milyon barel səviyyəsində müəyyən edilib.
Blok həmçinin nazirlərin 36-cı görüşünün 26 noyabr 2023-cü ildə keçirilməsi barədə qərar qəbul edib.
Bundan əvvəl OPEC 2023-cü ildə Qazaxıstanda neft hasilatının sutkada 0,1 milyon barel artacağını və sutkada 1,9 milyon barel olacağını proqnozlaşdırmışdı.