...

Azərbaycan neftinin qiyməti 78 dolları ötüb

Energetika Materials 10 İyun 2023 09:33 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 78 dolları ötüb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 9-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 78,43 dollar səviyyəsində dəyişməz olaraq qalıb.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir. Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti də 76,92 dollar səviyyəsində dəyişməz olaraq qalıb.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,01 dollar bahalaşaraq 52,89 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti iyunun 9-da 0,03 dollar bahalaşaraq 75,68 dollar olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti