...

SOCAR-ın prezidenti bp şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb (FOTO)

Energetika Materials 21 Sentyabr 2023 09:01 (UTC +04:00)
SOCAR-ın prezidenti bp şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bp şirkətinin İdarə Heyətinin sədri Helge Lund, şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə bp-nin ölkəmizdəki səmərəli fəaliyyətindən, SOCAR ilə bp arasında uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində 1994-cü il 20 sentyabr tarixində imzalanan “Əsrin Müqaviləsi”nin Azərbaycanın yeni enerji strategiyasının əsasını qoyduğu, ölkəmiz ilə yanaşı, regionun iqtisadi inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Tərəflər enerji layihələri üzrə mövcud əməkdaşlıq imkanlarını nəzərdən keçirib, insan kapitalı sahəsində təcrübə mübadilələrinin həyata keçirilməsinə və qaşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti