...

Azərbaycan Avropaya ən çox boru qazı tədarük edən 5 ölkə siyahısına daxildir

Energetika Materials 9 Oktyabr 2023 17:45 (UTC +04:00)
Azərbaycan Avropaya ən çox boru qazı tədarük edən 5 ölkə siyahısına daxildir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci rübünün yekunlarına görə, Azərbaycan Avropaya ən çox boru qazı tədarük edən 5 ölkə siyahısına daxil olub.

Trend xəbər verir ki, yanvar-mart aylarında Avropaya boru kəməri ilə ən çox qaz tədarük edən ölkələr siyahısına Norveç (21 milyard kubmetr - 53 faiz), Şimali Afrika (Əlcəzair və Liviya) (7,3 milyard kubmetr - 18 faiz), Rusiya (5 milyard kubmetr - 12 faiz), Böyük Britaniya (4,4 milyard kubmetr - 11 faiz) və Azərbaycan (2,8 milyard kubmetr - 7 faiz) daxildir.

Avropa Komissiyasının dərc etdiyi məlumatlar Azərbaycandan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə idxalın 2022-ci ilin dördüncü rübü ilə müqayisədə 6 faiz azaldığından, lakin illik hesablamada 13 faiz, 2021-ci illə müqayisədə isə 133 faiz artaraq 2,8 milyard kubmetrə çatdığından xəbər verir.

Avropa İttifaqının ümumi idxalında Azərbaycan qazının payı 2022-ci ilin dördüncü rübü ilə müqayisədə artaraq, 2023-cü ilin birinci rübündə 3 faizdən 4 faizə çatıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti