...

Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri əhəmiyyətli dərəcədə artıb

Energetika Materials 13 Noyabr 2023 11:30 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 330,4 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Mərkəzin hesablamalarına əsasən, elektrik enerjisi ixracı 2022-ci ilin analoji dövrünün göstəricisi (36,4 milyon ABŞ dolları) ilə müqayisədə pul ifadəsində 294 milyon ABŞ dolları və ya 9 dəfə artıb.

Xatırladaq ki, təkcə 2023-cü ilin sentyabr ayında Azərbaycan 15,4 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Azərbaycandan "yaşıl" enerjinin əsas satış bazarı Avropadır və bərpa olunan mənbələrdən enerji tədarükü üzrə artıq konkret layihə mövcuddur. Belə ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrik kabelinin çəkilməsi haqqında saziş imzalanıb. Saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1 195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulub. Bu, 4 qiqavatta qədər "yaşıl" enerji tədarükünü təşkil etməyə imkan verəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti