Bakı. Trend:
Bakıda "SPE Xəzər Texniki Konfransı" öz işinə başlayıb.
Trend xəbər verir ki, 21-23 noyabr tarixlərində keçirilən tədbirdə qlobal sənaye liderləri və texniki ekspertlər sahə üzrə səriştələrini bölüşmək, eləcə də, bu sahədəki unikal çağırış və imkanları gözdən keçirmək üçün bir araya gələcək.
Xəzər regionunun dünya energetikasının gələcək dinamikalarının formalaşmasında mühüm rolunu nəzərə aldıqda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyilə təşkil olunmuş bu konfrans ekspertlər tərəfindən seçilmiş yüksək səviyyəli proqram, regionun qarşısında duran mühüm məsələlərlə bağlı panel müzakirələr təmin edəcək və neft-qaz sahəsində ekspertlərlə netvorkinq üçün unikal imkan yaradacaq.
Proqram cari vəziyyətin qiymətləndirilməsini əhatə edəcək və investorlar, operatorlar, eləcə də servis şirkətlərinin və regiondakı dövlət orqanlarının nümayəndələrinə mühüm müzakirələr təklif edəcək.
Əsas məruzəçilərin çıxış proqramı müxtəlif sahələr üzrə innovativ texniki məzmun və aktiv müzakirələr aparmaq imkanı təqdim edəcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)