...

Yunanıstan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində sistematik işləyir - Nazir müavini

Energetika Materials 1 Mart 2024 20:17 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində sistematik işləyir.

Trend xəbər verir ki, bunu Yunanıstanın ətraf mühit və energetika nazirinin müavini Aleksandra Sduku bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları çərçivəsində keçirilən plenar sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycandan Yunanıstan vasitəsilə Avropaya 10 milyard kubmetrdən çox qaz tədarük edən dəhliz üç ildən artıqdır ki, tam fəaliyyət göstərir.

"Yunanıstan, bir tərəfdən, TAP-ın 2027-ci ilə qədər gücünün ikiqat artırılmasını dəstəkləyərək, digər tərəfdən isə, Aleksandrupolisdəki mayeləşdirilmiş təbii qaz (LNG) terminalı və Bolqarıstana və Şimali Makedoniyaya aparan boru kəmərləri kimi yeni ixrac infrastrukturunun yaradılmasıni və ya təkmilləşdirilməsini həyata keçirərək, Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində sistematik işləyir", - nazir müavini əlavə edib.

Qeyd edək ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. İclasda 23 ölkədən nümayəndələr, 6 beynəlxalq təşkilat və 44 şirkət, eləcə də, Azərbaycandan və Aİ ölkələrindən nazirlər, nazir müavinləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti