...

Moldova SOCAR-ın öz ərazisində gübrə istehsalına başlamasında maraqlıdır - Energetika naziri (ÖZƏL)

Energetika Materials 5 Mart 2024 08:07 (UTC +04:00)
Moldova SOCAR-ın öz ərazisində gübrə istehsalına başlamasında maraqlıdır - Energetika naziri (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Moldova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) öz ərazisində gübrə istehsalına başlamasında maraqlıdır.

Bunu Trend-ə özəl müsahibəsində Moldovanın energetika naziri Viktor Parlikov deyib.

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gübrə istehsalı sahəsində təcrübəsi var, gübrələrin ən böyük bazarlarından biri Rumıniya və Bolqarıstan bazarlarıdır və gübrələrin bu bazarlara daha yaxın yerdə istehsalı məqsədəuyğun olardı. Moldova böyük Ukrayna bazarının yanında yerləşir. Təbii ki, Ukraynanın özü son vaxtlara qədər külli miqdarda gübrə istehsal edirdi, lakin müharibə səbəbindən bu istehsalın nə qədər davam edəcəyi və nə qədər dəstəklənə biləcəyi bəlli deyil. Biz SOCAR və ya onun tərəfdaşlarının Moldovada gübrə istehsalına başlamasında maraqlıyıq. Moldova kənd təsərrüfatı ölkəsi olaraq bu məhsullardan özü istifadə edir və Aİ ölkələrinə və Ukraynaya asanlıqla ixrac oluna biləcəyi yaxşı logistika mərkəzidir”, - deyə o bildirib.

Parlikovun sözlərinə görə, əgər SOCAR Moldovada qazpaylayıcı infrastrukturuna investisiya qoymaqda maraqlıdırsa, təbii ki, bu variant da istisna edilmir.

Qeyd edək ki, SOCAR Carbamide gübrə istehsalı ilə məşğuldur. Son beş ildə müəssisədə 1,64 milyon ton azot gübrəsi (karbamid) istehsal olunub ki, bunun da 1,23 milyon tonu ixrac edilib.

2023-cü ildə müəssisədə karbamid istehsalı 454 min ton təşkil edib ki, bunun da 78,3 faizi ixrac edilib, qalan hissəsi Azərbaycanın daxili tələbatının ödənilməsinə yönəldilib. Zavodun gündəlik istehsal gücü iki min ton karbamid və 1,2 min ton ammonyakdır.

Azərbaycanda şirkətin məhsulları fermerlərə rəqabətli qiymətlərlə satılır. Xarici alıcılar arasında Türkiyə, Rumıniya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və Cənubi Amerika ölkələri var.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti