...

İğdır-Naxçıvan qaz kəmərinin tikintisi bu il yekunlaşacaq

Energetika Materials 4 İyun 2024 17:37 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İğdır-Naxçıvan qaz kəmərinin tikintisi üzrə işlər 2024-cü ilin 4-cü rübündə yekunlaşacaq.

Bu barədə Trend-ə məlumatlı mənbədən xəbər veriblər.

Azərbaycan və Türkiyə 15 dekabr 2020-ci il tarixində İğdır-Naxçıvan qaz kəməri üzrə Anlaşma Memorandumu imzalayıb.

İğdır-Naxçıvan qaz kəməri nəinki Naxçıvanın qaz təchizatını şaxələndirəcək, həm də onun bir mənbədən asılılığını aradan qaldıracaq. Layihə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasına daxil edilib.

Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən icra olunacaq.

Azərbaycan qazının Türkiyə ərazisindən tədarükü Naxçıvanın öz qaz ehtiyaclarını qarşılamasına kömək edəcək. Boru kəmərinin İğdırdan Naxçıvanda Sədərək rayonuna qədər Türkiyəyə hissəsinin uzunluğu 85 km olacaq.

İğdırdan Sədərək rayonuna qədər boru kəmərinin uzunluğu 97,5 kilometr, o cümlədən Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri sutkada 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz nəql etmək gücündədir. Bununla da Naxçıvanın qaza olan tələbatı tam ödəniləcək.

Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyəti iki dəfədən çox artırıla bilər.

2023-cü il sentyabrın 25-də qaz kəmərinin təməlqoyma mərasimi olub.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti