Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sloveniyaya qaz tədarükünə başlayıb.
Trend bu barədə SOCAR-a istinadən xəbər verir.
Qaz tədarükləri bu il iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən böyük şirkət olan "Geoplin" arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu əsasında həyata keçirilir.
"SOCAR və "Geoplin" uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirmək niyyətindədirlər. Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə birlikdə Sloveniya Azərbaycan qazının nəql olunduğu doqquzuncu ölkə olur", - deyə məlumatda qeyd edilib.
(Tərcümə: Rəna Əbdürəhmanova)