...

SOCAR-ın "Yaşıl istiqraz"larına 510 sifariş təqdim edilib

Energetika Materials 7 Mart 2025 16:14 (UTC +04:00)
SOCAR-ın "Yaşıl istiqraz"larına 510 sifariş təqdim edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakı Fond Birjası (BFB) tərəfindən Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Trend BFB-yə istinadən xəbər verir.

Belə ki, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 000 ədəd istiqraza 412 investor 220 milyon dollarlıq 510 sifariş təqdim edib. Nəticədə, SOCAR istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşıb.

Qeyd olunan qiymətli kagızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 bəndinin tələblərinə cavab verdiyinə görə Əsas Bazar Listinq seqmentinə alınır.

Yerləşdirmədə sifariş saylarının 4%-ni hüquqi, 96%-ni isə fiziki investorlar təşkil edib.

İstiqrazların buraxılışı “Yaşıl enerji” layihələrinin maliyyələşdirilməsi istiqamətində olduğundan istiqrazlar Bakı Fond Birjasının “Yaşıl İstiqraz Bazarı” üzrə listinqə alınır və “Yaşıl İstiqraz Bazarı” təsnifləşdirməsi üzrə ilk belə istiqrazlardır. İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2003019893

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi / Abunə yazılışı

İstiqrazların sayı

200,000 (ədəd)

İlkin ticarət qiyməti

1000 ABŞ dolları

Buraxılış həcmi

200,000,000 ABŞ dolları

Nominal (Yerləşdirmə) qiyməti*

1,000 ABŞ dolları

Reallaşdırılmış həcm

200,000,000 ABŞ dolları

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

220,000,000 ABŞ dolları

İnvestor sayı

412

Sifariş sayı

510

Anderrayter

“PAŞA Kapital İ.Ş” QSC

Qeyd edək ki, bu ilin yanvarın 14-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə c istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin qiymətli kağızların abunə yazılışı 15.01.2025-ci ildə başlayaraq 28.02.2025-ci il tarixinə kimi davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti