...

AZERNEFTYAG NEZ İYULDA AZƏRBAYCANA 6 MİN TON M-40 MAZUTU SATACAQ

Energetika Materials 5 İyul 2005 12:55 (UTC +04:00)

İyul ayında Dövlət Neft Şirkətinin tərkibinə daxil olan (ARDNŞ) Azerneftyag neft emalı zavodu (NEZ)Azərobaycanın daxili bazarında 6 min ton M-40 mazutunu reallaşdırmaq niyyətindədir. Bu barədə Trend ə NEZ-dən məlumat veriblər.

Bu ay Azerneftyag dünya bazarına mazut ixrac etməyəcək. Bunun əvəzinə zavod əlavə emal üçün "Heydər Əliyev adına" NEZ-na (keçmiş "Azərneftyanacaq") 120 min ton birbaşa qovulmuş mazut satmaq niyyətindədir. Əlavə emaldan azad olunduqdan sonra krekinq mazutu dünya bazarına çıxarılmaq üçün ARDNŞ-ə satılacaq.

İyunda Azerneftyag NEZ 144,2 min ton mazut ixrac edib. Sinqapurun Petrofarm şirkəti ilə bağlanmış müqaviləyə görə, Azerneftyag cari ildə bu şirkətə Gürcüstanın Qara dənizdəki Batumi limanından 300 min ton mazut yükləmək niyyətindədir.

2004-cü il ərzində neft emalı zavodları tərəfindən 291,8 milyon dollar dəyərində 1 milyon 155 506,9 ton müxtəlif neft məhsulları ixrac olunub.

Xəbər lenti

Xəbər lenti