...

ABƏŞ "QƏRB" BORU KƏMƏRİ VƏ SUPSA TERMİNALINDA İŞLƏRİN DAYANDIRILMASI ZAMAN NEFTTİN ÇIXARILMASINI DAVAM ETDİRƏCƏK

Energetika Materials 28 İyul 2005 11:21 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Gürcüstanın Supsa terminalında, daha sonra isə Bakı-Supsa neft kəmərində işlərin dayandırılması zaman "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında Azəri Light neftinin çıxarılmasını davam etdirmək niyyətindədir. AÇG əməliyyatları üzrə vitse-prezident Nik Maklirinin jurnalistlərə bildirdiyinə görə, bu obyektlərdə işlər avqustun əvvəlində dayandırılacaq və bu hal 10 gün davam edəcək.

"Bizim Supsa terminalında 1 mln barel, Səngəçal terminalında isə 4 mln barelə qədər neft saxlamaq imkanımız var. Buna görə də biz xammal istehsalını dayandırmayacağıq. Əgər obyektlərdə işlər 10 gündən artıq davam edərsə, bizim neftin idxalı üçün alternativ marşrutlarımız var" - , deyə o bildirib.

Terminal və boru kəmərinin işinin dayandırılması zaman bu obyektlərə texniki xidmət göstəriləcək, bəzi avadanlıqlar yeniləri ilə əvəz olunacaq. Plan üzrə işlərin dayandırılması bu il ilk dəfə olaraq baş verir və neftin Supsa terminalından lazımi məntəqəyə çatdırıldığı şlanqlardan birinin dəyişdirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti