...

İLİN ƏVVƏLİNDƏN AZƏRNEFTKİMYAMAS MÜƏSSİSƏLƏRİ $11,5 MLN DƏYƏRİNDƏ MƏHSUL İSTEHSAL EDİB

Energetika Materials 8 Avqust 2005 12:07 (UTC +04:00)

Cari ilin yanvar-iyul ayları ərzində Azərneftkimyamas ASC-nin istehsal həcmi keçən ilin analoji dövrü il müqayisədə 110,5% təşkil edib. ASC-də Trend ə bildirildiyi kimi, bu dövr ərzində Azərneftkimyamas ASC müəssisələri tərəfindən 55 mlrd manat ($11,5 mln) dəyərində neft-mədən, geoloji kəşfiyyat avadanlıqları, alətlər, onların ehtiyat hissələri istehsal olunub, sənaye və elmi-texniki xidmətlər göstərilib.

Təkcə 2005-ci ilin iyul ayı ərzində ASC-nin müəssisələrində istehsalın həcmi 7,6 mlrd manat (təxminən $1,5 mln) təşkil edib. 6 mlrd manat həcmində ($1,2 mln) məhsul isə ixrac olunub.

ASC-nin ən məhsuldar müəssisələri ilin əvvəlində 6,4 mlrd manat ($1,3 mln), iyul ayında 1,2 mlrd manat həcmində məhsul istehsal edən Səttarxan adına maşınqayırma zavodu, Suraxanı maşınqayırma zavodu (4,1 mlrd manat ($860 min), iyul ərzində 1 mlrd manat), Sabunçu EİB (3,9 mlrd manat ($818 min) iyul ayı ərzində 921 mln) və Bakı fəhləsi maşınqayırma zavodudur (6,7 mlrd manat ($1,4 mln) iyul ərzində 950 mln manat).

2004-cü il ərzində 14 maşınqayırma zavodununun, 4 layihə və elmi-tədqiqat institutlarının daxil olduğu Azərneftkimyamas ASC tərəfindən 85 mlrd manat (təxminən $18 mln) dəyərində məhsul istehsal olunub. 2003-cü ildə bu göstərici təxminən 77 mlrd manat (təxminən $17 mln) təşkil etmişdi.

Xəbər lenti

Xəbər lenti