...

BAKI NEFT EMALI ZAVODU NEFT EMALINI 75%-Ə QƏDƏR ARTIRIB

Energetika Materials 18 Avqust 2005 12:15 (UTC +04:00)

"Heydər Əliyev adına" NEZ (keçmiş Azərneftyanacaq) 2004-cü ildə neft emalını 75%-ə çatdırıb. Bu barədə Trend ə zavodda bildirilib. Qeyd edək ki, bir neçə il bundan əvvəl NEZ-də neft emalının dərinliyi 47-50% təşkil edirdi.

Zavod nümayəndəsinin sözlərinə görə, emal dərinliyi artdıqca şirkətin gəliri də çoxalır. "Əgər biz emalın dərinliyini dünya standartlarına - 91-93%-ə çatdıra bilsək, o zaman yerli neft məhsullarının satışı faydalı olacaq. Biz Azərenerji SC-yə mazut verməsək, buna nail ola bilərik", - deyə nümayəndə qeyd edib.

Yanvar-iyul aylarında "Heydər Əliyev adına" NEZ 614,5 min ton müxtəlif neft məhsulları ixrac edib ki, bu da 2004-cü ilin yanvar-iyul aylarından 111,1 min ton çoxdur.

İyulda 154,4 min ton neft məhsulları ixrac olunub, bu isə 2005-ci il iyun ayının göstəricisindən 47 min ton, 2004-cü il iyun ayının göstəricisindən isə 69,3 min ton çoxdur.

Xəbər lenti

Xəbər lenti