...

ƏLİ BAYRAMLI SES-NİN GÜCÜ 240 MVT-DƏK ARTIRILACAQ

Energetika Materials 7 Sentyabr 2005 20:05 (UTC +04:00)

Sentyabrın 7-də Əli Bayramlı SES-də 150 MVt gücündə olan 6 enerji bloku təmirə dayandırılıb.Bu barədə Trend ə Azərenerji SC-nin mətbuat xidmətində bildirilib. Gərgin keçən qış fəslindən sonra blokun bəzi hissələri sıradan çıxıb.

Buna görə də lazımi iş rejimində bəzi dəyişikliklər, xüsusilə kondensat boruların əvəz edilməsi tələb olunur. Lazım olan avadanlıq Rusiyada əldə ediləcək və dəmir yolu vasitəsilə daşınacaq.

6-cı blokun gücü qış dövründə 100 MVt, yayda - 75 MVt. Təşkil edirdi.İşlər başa çatdıqdan sonra enerji blokunun gücü 140 MVt.-dək artırılacaq.Bu işlər qış mövsümünə hazırlıq çərçivəsində həyata keçirilir.

Təmir işləri Əli Bayramlı SES-nin gücünün 220-240 MVt.-dək artırılmasına imkan yaradacaq.Azərbaycanda istehsal edilən elektrik enerjisinin 30-33%-i bu SES-nin payına düşür.

Xəbər lenti

Xəbər lenti