Bəzi xarici şirkətlər Azərbaycan Dövlət Neft Şirkəti ilə (ARDNŞ) ölkənin bir sıra quruda və dənizdə yerlələşn neft yataqlarının işlənməsinin perspektivləri barədə məsləhətləşmələri davam etdirirlər. ARDNŞ-dən Trend ə verilən məlumata görə, həmçinin, "Pirallahı" və "Darvin Bankası" yataqlarının işlənməsilə bağlı bir neçə təkliflər də mövcuddur.
"Hazırda məsləhətləşmələr aparılır. Hər hansı bir öhdəçilik və müddət yoxdur. Xarici investorlar bu neft yataqlarına fəal maraqlarını saxlayırlar. Eləcə də, Rusiya şirkətdləri də maraqlarını göstərirlər", - deyə ARDNŞ-dən bildiriblər.
Yanvar-avqust ayları ərzində ARDNŞ öz neft yataqlarından 6 milyon ton neft hasil edib ki, bunun da 1,3 milyn. tonu ixrac olunub. Avqustda hasilat 761,2 min ton, ixrac- 308,1 min ton təşkil edib.